Ru
20:19 / 24 İyun 2017

Ötən gün 76 cinayət olub

910
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.


BakuPost.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 48 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 


Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. 


Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər tutulub.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər