Ru
20:07 / 26 İyul 2017

Ötən gün 107 cinayət faktı qeydə alınıb

915
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 21-i "isti izlər”lə açılıb.


BakuPost.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 


Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər tutulub.

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər