Təmir olunan yolda maraqlı hadisə - Sürücü avtomobilini elə saxladı ki.../ FOTO

408

Təmir işləri aparılan Binəqədi-Novxanı yolunda maraqlı hadisə yaşanıb.


"Azəravtoyol” ASC-nin mətbuat rəhbəri Anar Nəcəflinin BakiPost.az-a verdiyi məlumata görə, sürücülərdən biri avtomobilini elə saxlayıb ki, qreyderi yerindən tərpətmək olmur: "Deməli Binəqədi-Novxanı yolu təmir olunur, bu üzdən təmir gedən ərazidə yol bağlıdır. Biri gəlib ki, bəs mən keçməliyəm. Buna başa salmağa çalışıblar ki, olmaz, asfalt vurulur. Sürücü də, gözünə döndüyüm, acığa maşınını verib saxlayıb düz qreyderin təkərinin altında, özü də çıxıb gedib... İndi qreyderi çıxara bilmirik”.


Həmin hadisə ilə bağlı şəkilləri təqdim edirik:

 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər