Ru
21:29 / 20 Sentyabr 2018

- Qardaşı oğlu adam oğurluğuna görə həbs edildi Telman İsmayılova şok

2784
Çerkizov bazarının sabiq rəhbəri Zaur Mərdanov həbs edilib.


BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qərarı seçilib.

Z. Mərdanov müğənni Avraam Russonu oğurlamaqda ittiham edilir. 


Məlumat üçün bildirək ki, o, azərbacanlı iş adamı Telman İsmayılovun qardaşı oğludur.



Qeyd edək ki, rusiyalı müğənni Avraam Russo bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Bildirmişdi ki, onu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyüblər. 


Ehtimal olunur ki, Telman İsmayılov sənətçini oğurlatdıraraq ondan bütün konsertlərini ləğv etməsini, gələcəkdə yalnız iş adamı və onun qonaqları üçün çıxış etməsini istəyib.


O, Russonun oğurlanması üçün Mərdanovu və ətrafında olan daha 5 nəfəri bu işə cəlb edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər