Ru
18:11 / 22 İyun 2017

Təlimlərin döyüş atışlı mərhələsindən - VİDEO

739
İyunun 19-da başlayan Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsinin videosu yayılıb.


Müdafiə Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.


Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.


Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

 

BakuPost







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər