Televizor üstündə qardaşını öldürən cüdoçu xəstəxanaya göndərildi

1127
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BakuPost report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatət verib.

O, müvəkkili Ə.Əliyev barəsində kompleks-məhkəmə stasionar psixiatrik və psixoloji ekspertizanın keçirilməsini istəyib.

Vəsatət təmin edilib. Ə.Əliyev 1 saylı Psixiatriya Xəstəxanasına göndərilib.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Ə.Əliyev mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.

Ə.Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər