Telefon mağazasından oğurluq edən şəxs saxlanıldı

1466
Telefon mağazasından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, "102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Düyərli kəndindəki mobil telefon mağazasından 6 mobil telefonun oğurlandığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun kənd sakini Bayram Rüstəmzadə olduğu müəyyən edilib. Törətdiyi cinayət əməlini etiraf edən B.Rüstəmzadə bütün mobil telefonları satdğını bildirib.

Mobil telefonlardan 3-ü maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər