Ru
10:32 / 24 Aprel 2018

Tələbə olmaq istəyənlərə XƏBƏRDARLIQ

3082

Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı
ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən BakuPost.az-a verilən məlumata görə,
abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi
kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan
istifadə etməklə Mərkəzinmüvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize
) daxil olub, "Abituriyentin elektron
ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

24 aprel saat 09:45-dək olan məlumata əsasən, 70743 abituriyent
elektron ərizəsini təsdiq edib.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV
ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar
və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları
üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq
istəklərini bildirməlidirlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər