Ru
15:38 / 15 Oktyabr 2018

- Valideynləri vahiməyə salan “uşaq oğrusu” danışdı/ VİDEO “Tək qadınam, çadırda yaşayıram”

7937
Bir neçə gündür, "WhatsApp"da "uşaq oğrusu” adıyla fotosu yayılan qadın video-müraciət yayıb.


BakuPost xəbər verir ki, qadın onun barəsindəki iddiaları təkzib edib:


"Mən tək yaşayıram. Çadırda yaşayıram. Xəstə adamam. Yolda gedəndə bir neçə nəfər qarşımı kəsib şəklimi çəkib. Daha sonra bir neçə nəfər mənə yaxınlaşıb dedi ki, sənin şəklin internetdə yayılıb. Mən savadsız adamam. İnternetdən də istifadə etmirəm. İnsanlar mənə yaxınlaşıb bu xəbəri deyəndə pis oldum. Niyə araşdırmadan belə hərəkət edirlər, bilmirəm. Çox pisəm”.


Qeyd edək ki, bir müddətdir "WhatsApp" qruplarında, həmçinin sosial şəbəkələrdə Hövsan qəsəbəsində, eləcə də ölkənin bir neçə rayonunda məktəbli uşaqların oğurlanması ilə bağlı xəbərlər dolaşır. Rəsmi qurumlar isə bu iddiaları təkzib edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər