Ru
23:33 / 22 Yanvar 2018

Tək adamlar üçün yeni qurum yaradılacaq? - Tənhalıq Nazirliyi barədə açıqlama

6399
Dünyada getdikcə bir çox ölkələrdə tənhalaşma meyilləri artır. Yəni ənənəvi ailə institutu dağılıb, ailələrdə adətən bir və ya iki uşaq doğulur, onlar da böyüdükdən sonra ailədən ayrı yaşamağa üstünlük verirlər.


BakuPost xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev Böyüt Britaniyada Tənhalıq Nazirliyinin yaradılmasına münasibət bildirərkən deyib.


M.Quliyev bildirib ki, insanlar ahıl yaşlarında tək qalırlar: "Adətən kişilər bir az tez dünyasını dəyişir, qadınlar isə ahıl yaşlarda tək qalırlar, bəzən isə kişilər də tək qalır: "Hər dövlətdə bu şəxslərə xidmət göstərmək üçün müvafiq qurumlar var".


Deputat bildirib ki, Azərbaycanda bu iş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir, ahıllara xidmət göstərmək üçün qanun var, tənha insanlar üçün sığınacaqlar, qocalar evləri fəaliyyət göstərir: "Azərbaycanda bununla bağlı yeni nazirliyin, komitənin və ya başqa bir qurumun yaradılmasına ehtiyac yoxdur. Ən əsası ona görə ki, ölkədə ailə institutu ənənələri qalmaqdadır".


Azərbaycanda bu vəziyyəti açılamaq üçün qeyd edək ki, ötən il evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan tənha ahıl və əlil vətəndaşlardan ibarət 11 min nəfər Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən səyyar formada sosial-məişət xidmətləri ilə təmin olunublar. Onlardan 8 700 nəfərini yaşı 70-dən yuxarı olan tənha ahıl insanlar, qalanlarını isə əlilliyi olan şəxslər təşkil edib. Sosial işçilər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tənha ahıl və əlil şəxslərin evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə köməklik göstəriblər.


Qeyd edək ki, ötən həftə Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin idman və ictimaiyyət naziri Treysi Krauçu yeni yaradılmış Tənhalıq məsələləri üzrə Nazirliyin rəhbəri təyin edib.


T.Mey yeni nazirliyin bir neçə il öncə qətlə yetirilmiş deputat Co Koksun fəaliyyəti əsasında yaradıldığını bildirib.


Məlumat üçün bildirək ki, C.Koks Böyük Britaniya Parlamentində tənhalıq məsələləri üzrə komissiyaya rəhbərlik edib və özünü tənha hiss edən vətəndaşlara yardım üçün orqanın yaradılmasına çalışıb.


Hələlik Tənhalıq Nazirliyinin konkret olaraq hansı fəaliyyətlə məşğul olacağı barədə məlumat verilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər