Ru
23:52 / 23 İyun 2017

Təcili yardım maşını qəza törətdi - Sürücü yaralandı/FOTO/Yenilənib

1980

Bakıda "Zəfəran hospital"a məxsus, "Volkswagen" markalı təcili yardım xidmətinin avtomobili aşıb.


"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.


Belə ki, "Volkswagen" markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra "Daewoo" markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.

Nəticədə Yelmar adlı sürücü xəsarət alaraq travmatologiya institutuna yerləşdirilib.

 

***

22:09


 Bakıda yol qəzası baş verib.


BakuPost.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Fətəli xan Xoyski küçəsində, 5 nömrəli xəstəxananın yaxınlığında qeydə alınıb.

 

Yüksək sürətlə hərəkət edən "99 AU 525” dövlət nömrə nişanlı təcili yardım avtomobili idarəetməni itirərək maneəyə çırpılıb. Hadisə zamanı maşında xəstə olmayıb. İlkin məlumata əsasən, qəza nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. 

 

BakuPost

Təcili yardım maşını qəza törətdi -  Sürücü yaralandı/FOTO/Yenilənib
Təcili yardım maşını qəza törətdi -  Sürücü yaralandı/FOTO/Yenilənib
Təcili yardım maşını qəza törətdi -  Sürücü yaralandı/FOTO/Yenilənib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər