Ru
08:42 / 29 Mart 2017

Tarif Şurasına yeni səlahiyyət verildi

632

Nazirlər
Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na
dəyişiklik edib.

 

APA-nın
məlumatına görə, Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət
qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin
Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası
tərəfindən tənzimlənir.

 

Dövlət
qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif
(qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Dəyişiklik dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata
keçirilməsi sahəsində Tarif (qiymət) Şurasının Katibliyinə yeni səlahiyyətin
verilməsi ilə bağlıdır. Bundan sonra dövlət qeydiyyatından keçmiş dərman
vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat
sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti
Tarif (qiymət) Şurasının Katibliyi həyata keçirəcək. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər