Ru
17:39 / 29 Mart 2017

Tanınmış rus tarixçisi Xocalı ilə bağlı petisiya - YARATDI

1309
Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib.

 

Modern.az-ın məlumatına görə, sənədə hazırda 5 minədək şəxs imza atıb. Ona Dövlət Dumasının reaksiya verməsi üçün ən azı 15 min imzaya ehtiyac var.

 

Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanıb. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfərin qətlə yetirildiyi, 56 nəfərin həyatına xüsusi amansızlıqla son qoyulduğu, 150 nəfərin itkin düşdüyü, 1275 nəfərin əsir götürüldüyü, 487 nəfərin yaralandığı diqqətə çatdırılıb.

 

Sənəddə məlumat verilib ki, insanlığa qarşı böyük terror aktını bır sıra dünya dövlətləri soyqırımı cinayəti kimi tanıyıb. Eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılıb.

 

Признать геноцид азербайджанцев в Ходжалы 25-26 февраля 1992 года

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər