Ru
19:47 / 27 Aprel 2017

Azərbaycanlı iş adamı tutuldu - Şərikini ölümcül döydürüb/VİDEO

1291
Şəmkirli iş adamı Elbrus Məmmədov keçmiş şərikini ölümcül döydürdüyü üçün həbs edildi

DİN-nin Baş Cinayət Axtarış İdarəsinin əməliyyatçıları ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini, iş adamı, eyni zamanda Yasamal rayonu ərazisində fəaliyyət göstərən "Olimpus” MTK-nın sahiblərindən biri, əslən Şəmkir rayonunun Şiştəpə kəndindən olan Elbrus Qədir oğlu Məmmədov həbs edilib.

Məlumata görə, iş adamının həbsi onun vaxtilə şəriki olmuş Rauf Məmmədovu ölümünə döydürməsinə görə gerçəkləşdirilib. Olay 10 gün əvvəl Bakının mərkəzi küçələrindən birində baş verib. Rauf Məmmədovu vəhşicəsinə döyüb başına küt alətlə zərbələr endiriblər. Onun başının dərisi parça-parça olub, yara yerinə tikiş qoyulub.

bash.jpg (462 KB)

Bu haqda "Yeni Müsavat”a məlumat verən Elbrus Məmmədovun şəriklərindən biri olmuş Ruslan Abbasov deyib ki, Rauf Məmmədov ölümcül döyüləndən sonra ona da "öldürüləcəksən” mesajı göndərilib. Ruslan Abbasov musavat.com-a bunları danışıb: "Mənə də xəbər göndərib ki, Rauf Məmmədovla haqq-hesabımızı çürütdük, səninlə də haqq-hesab çəkəcəyik. Bu il fevralın 11-də Elbrus Məmmədov şəriki Mahir Qarayevə məni də döydürüb. Hadisə Həsən Əliyev küçəsi 111-də baş verib və həmin hadisənin videosu da məndə var, polisə təqdim etmişəm. Redaksiyanıza da təqdim edirəm. Mənim Elbrus Məmmədovdan 100 min dollar alacağım var. Şikayətimdən sonra Bakı Şəhər Baş Polis İdarəsində Mahir Qarayevin barəsində cinayət işi başlanıb. Tələb edirəm ki, mənim döyülməm faktı üzrə də Elbrus Məmmədovu cinayət məsuliyyətinə cəlb etsinlər”.

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər