Tanınmış həkim 53 yaşında vəfat etdi

2094
Fevralın 13-də tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Sabir Mirzəyev 53 yaşında dünyasını dəyişib.

BakuPost-un Musavat.com-a istinadən məlumatına görə, Sabir Mirzəyevin vəfat etməsinə qəfil ürək çatışmazlığı səbəb olub. Səhər saatlarında ürəyində kəskin ağrılar yaranıb, təcilli tibbi yardım çağırılsa da onu xəstəxanaya çatdırmaq mümkün olmayıb.

Sabir Mirzəyev 1 saylı Şəhər Klinik Xəstəxanasında travmatoloq-cərrah, eyni zamanda Azərbaycan Tibb Universitetində dossent olaraq işləyirdi. Azərbaycanda tanınmış və təcrübəli travmatoloq-cərrahlardan biri idi.

Dünyanın çoxlu sayda ölkələrində elmi konfranslarda və qurultaylarda iştirak edib. Onun ölümü işlədiyi kollektivlərlə yanaşı, Azərbaycan səhiyyəsinə itki sayılır. Allah rəhmət eləsin.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər