“Taliban”la Əfqanıstan arasında atəşkəs pozuldu - İntensiv döyüşlər başladı

277
"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib. Avtobuslarda 150 nəfərin olduğu söylənilir.

1TV telekanalı isə hazırda "Taliban"la Əfqanıstan arasında intensiv döyüşlər getdiyini bildirir.

Qeyd edək ki, ötən gün Əfqanıstan prezidenti Əşrəf Qəni "Taliban"la Qurban bayramı münasibəti ilə atəşkəs rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər