Ru
09:29 / 09 Dekabr 2016

“Taliban Rusiya və İran ilə əməkdaşlıq edir” - ABŞ

1031
 

Əfqanıstan və Amerika səlahiyyətliləri Kabil hökumətini devirməyə çalışan Talibanın Rusiya və İran ilə əməkdaşlıq etdiyi iddiasını irəli sürüb.


 

BakiPost.az xarici mənbələrə istinadən xəbər verir ki, Əfqanıstan senatı, Talibanın Kabildə olan hökuməti devirmək üçün Moskvadan silah-sursat dəstəyi aldığını söyləyib.

 

Əfqan Senatı sədri Fazil Hadi Muslimyar, Talibanın Rusiya və İrandan dəstək aldığına aid əlində dəlillər olduğunu və Talibanın güclü ölkələr tərəfindən dəstəklənməsinin böyük fəlakətlər doğura biləcəyini qeyd edib.

 

Rus səlahiyyətliləri isə bu iddiaları rədd edib. Rusiya Xarici İşlər nazirliyinin spikeri Maria Zaxarova Talibanla hər hansısa bir gizli əməkdaşlıqdan söhbətin belə gedə bilməyəcəyini, Rusiyanın Əfqanıstanla ikitərəfli danışıqlar apardığını və bölgədə sülhün yaranması üçün əllərindən gələni etdiklərini bildirib. 

 

Reutersə müsahibə verən Taliban səlahiyyətlisi isə Rusiya ilə ortaq düşmənə sahib olduqlarını, Amerika və müttəfiqlərinin Əfqanıstan torpaqlarını tərk etməsi üçün çalışdıqlarını söyləyib. Və qeyd edib ki, Moskva Talibana yalnız siyasi dəstək verir.


 

Nərmin

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər