Ru
16:41 / 12 Fevral 2018

Sürüşmə zonasında villa satışa çıxarıldı - 1,35 milyon qiyməti var/ FOTO

3444
Sürüşmə təhlükəsi ilə əlaqədar əhalisi tamamilə boşaldılan ərazidə 1 milyonluq villa satışa çıxarılıb.


BakuPost axar.az-a istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində 3 mərtəbəli dənizə mənzərəsi olan villa satılır. 8 otaqdan ibarət olan villanın həyətində hovuzu, bağı və qarajı var.


Vilanın 3 geniş bağlı və açıq mətbəxi mövcuddur. Villanın hər mərtəbəsində ayrıca hamam, 3 və 4 yataq otağı var. Əmlak sahibi tərəfindən 1.350.000 manata satılır.


Qeyd edək ki, Səbail rayonu, Bayıl qəsəbəsində sürüşmə aktivləşib. Aktivləşməyə əsasən ərazidə yerləşən evlərin sakinləri çıxarılaraq başqa evlərə yerləşdirilib.


Yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub.


Bildirək ki, sürüşməyə meyilliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.

 




Sürüşmə zonasında villa satışa çıxarıldı -  1,35 milyon qiyməti var/ FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər