Ru
12:44 / 20 Oktyabr 2018

Sürüşmə zonasında uçqunlar olur… - Yenilənib

1965

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
yaradılan Qərargah Badamdarda sürüşmə zonasında saat 12:00-a olan vəziyyəti
açıqlayıb.

Qərargahdan BakuPost-a verilən məlumata görə, monitorinqlərin
nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik
tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış
çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən
fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik
müşahidə olunmayıb.

***
Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sahədəki çatlarda artım qeydə alınıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan BakuPost-a verilən məlumata görə, sürüşmə zonasının sağ və sol hissəsində isə yeni çatlar müşahidə edilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər