Ru
17:27 / 15 Oktyabr 2018

Sürüşmə zonasına mobil seysmik stansiyalar quraşdırıldı

1596
Bakı şəhəri Səbail rayonunda, Badamdar 20-ci sahə şossesində baş verən sürüşmə ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları qrup şəklində ərazidə tədqiqatları davam etdirilər.


Qurumun mətbuat xidmətindən BakuPost-a bildirilib ki, hazırda mərkəzin əməkdaşları ərazidə seysmik kəşfiyyat, maqnitometrik tədqiqat işləri aparırlar. Mərkəz əməkdaşları tərəfindən sürüşmə zonasında meyilliyin ölçülməsi üçün əraziyə tiltimetr, eləcə də gözləmə rejimində işləyən mobil seysmik stansiyalar quraşdırılıb.


Qeyd edək ki, aparılan tədqiqatlar zamanı toplanmış materiallar elmi baxımdan  təhlil edildikdən sonra, ərazidəki vəziyyətə dair hesabat hazırlanaraq,hökümətə təqdim ediləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər