Sürücülərin nəzərinə - Daha bir yol bağlanır

743
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuPost-a verilən xəbərə görə, məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər