Ru
10:27 / 17 İyul 2018

- Bu yolda hərəkət məhdudlaşdırılır Sürücülərin nəzərinə

1428
Paytaxtın Ziya Bünyadov prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuPost-a verilən məlumata görə, iyulun 17-dən 18-nə keçən gecə Ziya Bünyadov prospektinin Böyük Şor yolu ilə kəsişməsindən sonra (Baku Steel Company-nin qarşısı) yerləşən avtomobil tunelində sıradan çıxmış işıqlandırma sisteminin yenilənməsi işləri aparılacaq.


Bu məqsədlə tunelin "Koroğlu" metro stansiyası istiqamətində olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti gecə saat 01:00-dan 04:00-a kimi məhdudlaşdırılaraq yan yollara yönəldiləcək.


Yaranan müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər