Ru
17:02 / 23 Mart 2018

Sürücülərin nəzərinə bu yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - BU GÜNDƏN

2007

Paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkəti tam və
qismən məhdudlaşdırılacaq.

BakuPost.az-ın məlumatına görə, bunun
aprel ayında keçiriləcək Formula 1 yarışları ilə əlaqəli olması barədə Bakı
Şəhər Halqası Əməliyyat Şirkətindən bildiriblər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər
sakinlərinin nəzərinə çatdırır ki, builki Formula 1 Azərbaycan Qran Prisinə
hazırlıqla əlaqədar olaraq 23-25 mart tarixlərində trekin bəzi hissələrində
asfalt örtüyündə təmir-bərpa işləri həyata keçiriləcək.

Təmir-bərpa işlərinə martın 23-ü, saat 06:00-da start
veriləcək və bu proses martın 25-i gecə saatlarınadək davam edəcək. Trekin
asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görülən
işlərin qısa müddət ərzində başa çatdırılması üçün bəzi hissələrdə nəqliyyatın
hərəkəti tam, bəzi yerlərdə isə qismən məhdudlaşdırılacaq.

Belə ki, Puşkin küçəsinin Xəqani küçəsi ilə olan kəsişməsi və bu kəsişmədən etibarən Üzeyir Hacıbəyov küçəsindədək olan hissə nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Həmçinin bu tarixlərdə Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tam
məhdudlaşdırılacaq.

Puşkin küçəsinin yeraltı avtodayanacağın çıxış qapısının olduğu hissəsində,
Xəqani küçəsinin Xalq Bankın qarşısındakı hissəsində, Zərifə Əliyeva ilə Səməd
Vurğun küçələrinin kəsişməsinin Dəniz Akademiyasının qarşısına düşən hissəsində
və Zərifə Əliyeva küçəsinin Muzey Mərkəzinin arxasına düşən hissəsində
nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa hazırlıqla əlaqədar görülən
işlər səbəbindən yaranan müvəqqəti çətinliyə görə paytaxt sakinlərindən üzr
istəyir və yarışın yüksək səviyyədə təşkil olunmasında göstərilən anlayış və
dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən öz təşəkkürünü bildirir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər