Sürücü avtomobilindəki qadına baxan kişini bıçaqladı

806
Abşeronda sürücü avtomobilindəki qadın sərnişinə baxan kişini bıçaqlayıb.

BakuPost report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Nağıyev İlkin Vasif oğlu naməlum markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Adı açıqlanmayan sürücü İ. Nağıyevə avtomobilində olan qadına baxdığını əsas gətirərək, ondan maşını saxlamağı tələb edib. Sürücülərin mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı İ.Nağıyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər