Ru
12:55 / 23 İyun 2017

Sürücü Artur Rasizadənin kortejinə “protiv” sürdü - 200 manat cərimə edildi/ VIDEO

3977
İyunun 22-də, saat 20:00-da Bakıda taksi sürücü kobud qayda pozaraq həm qarşı yola çıxıb, həm də operativ nəqliyyat vasitəsinin müşayiət etdiyi kortejin yolunu kəsib.


BakuPost.az xəbər verir ki, hadisənin  lentə alındığı videomu avtosfer.az yayıb. Məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ilə hərəkət edən avtomobil sürücülərinin böyük əksəriyyəti sıxlıq olmasına baxmayaq ardıcıl dayandıqları halda bir neçə sürücü qarşı yola çıxaraq hərəkət edib. Onlardan biri də "Tofaş” markalı, 50 DF 944 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. Üzərində taksi nişanı olan maşının sürücüsü təxminən 150 metr gedəndən sonra 99 YP 515 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə üz-üzə gəlib. Məlum olub ki, DYP avtomobili Baş nazir Artur Rasizadənin kortejini müşayiət edir və nazir özü də avtomobildədir. Sağ zolaqdakı maşınlar bir-birinə yaxın dayandığı üçün heç kim "Tofaş”ın sürücüsünə yol verə bilməyib. Bunu görən DYP inspektoru taksi sürücüsünə geriyə hərəkət etməyi əmr edib. Sürücü çətinlik çəkə-çəkə 150 metr yolu geriyə sürməli olub.


Həmin sürücü barəsində inzibati protokol tərtib edilib. Belə ki, sürücü qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etdiyi üçün 100 manat, 4 bal cərimə olunub. Bundan əlavə, sayrışan işıqlarla xəbərdarlıq edən operativ nəqliyyat vasitəsinin müşayiət etdiyi avtomobil karvanına yol vermədiyi üçün də 3 bal, 100 manat miqdarında cərimə protokolu tərtib edilib.


Həmin hadisənin videosunu təqdim edirik:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər