Ru
18:07 / 22 İyul 2018

Sünnət toyunda meyvə şirəsindən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

2953
Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.


BakuPost-un APA-ya istinadən məlumatına görə rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.


Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.

 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər