Ru
20:25 / 26 May 2018

Sumqayıtda yaşlı qadına səhv iynə vurdular - ÖLDÜ

4117
Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb.


BakuPost-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə 10-cu mikrorayonda baş verib.


Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Soltanova Ziyafət Allahverdi qızının yaşadığı mənzildə halı pisləşib. Bu səbəbdən təcili tibbi yardım çağırılıb. Xəstə ona vurulan iynədən şoka düşüb və keçinib.


Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.


Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından bildirilib ki, həkimlər ünvana çatar-çatmaz, qadın ölüm ayağında olub və ona iynə vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər