Ru
00:43 / 23 Yanvar 2018

Sumqayıtda kişi intihar üçün 16-cı mərtəbəyə qalxdı

1280
Sumqayıtda intihara cəhdin qarşısı alınıb.


BakuPost-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər kişi çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində eyvana çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.


Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

 

İntihara cəhd edən şəxsin kimliyi də məlum olub. 
 

APA-nın xəbərinə görə, yaşayış binasının 16-cı mərtəbəsindən özünü atmaq istəyən 33 yaşlı Vəliyev Natiq Nadir oğludur.


İnsidentin iş yerində baş verən hadisə ilə əlaqədar olduğu bildirilir. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər