Ru
19:02 / 23 Mart 2018

Sumqayıtda 3 yaşlı uşağın üstünə qaynar su töküldü - Ağır yanıq xəsarətləri aldı

2996
Sumqayıt şəhərində 3 yaşlı körpənin üzərinə qaynar su ilə dolu qab aşıb, o, ağır yanıq xəsarəti alıb.


BakuPost-un "Report"a istinadən verdiyi məlumata görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində baş verib.


Belə ki, 2015-ci il təvəllüdlü Tural Azər oğlu Şükürov evdə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb. Azyaşlı yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb. Müayinə olunan 3 yaşlı uşağa 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və bədənin 3 də 1 hissəsi yanıb. Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti qənaətbəxşdir və müalicəyə cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər