Ru
12:30 / 19 Fevral 2017

Süd alarkən diqqətli olun! – VİDEO

1853
Bazarların qarşısında dayanmış kiçik tutumlu süd daşıyan avtomobillərdə, işlənmiş su qabları və sellofan qablarda süd satışı həyata keçirilir.


BakiPost.az Xəzər Tv-yə istinadən xəbər verir ki, son vaxtlar belə avtomobilləri paytaxtın hər yerində görmək olur.


Burada satılan südə maraq böyük olsa da, Gigiyena və Epidemiologiya Mərkəzi  həyacan təbili çalır.


Ziyədin Kazımov bildirir ki, çiy süd sağıldıqdan 2-7 saat sonra satılmalıdır. Sözü gedən süd isə rayondan gətirildiyi üçün bu müddətə satılması mümkün deyil. Belə olduqda südün tərkibində turşuluq artır ki, bunun qarşısını almaq üçün sahibkarlar içinə soda əlavə edirlər.


Çiy südün saxlama temperaturu müsbət 6 dərəcə olmalıdır.


Bazarlarda plastik qablarda satılan südlərə də rast gəlmək olur. Mütəxəssilər belə südlərin də insan saxlamlığı üçün təhlükəli hesab edirlər. Gigiyena və Epidemiologiya İdarəsindən bildirirlir ki, hazırda sahibkarlıq obyektlərinə yoxlama dayandırıldığından belə şəxslərə qarşı rəsmi tədbir görülə bilmir. Amma konkret ziyanla nəticələnən vətəndaş şikayəti olsa, həmin şəxslər vurduqu ziyana uyqun cərimələncək. Çünki qida təhlükəsizliyi ölkəmiz üçün ən prioritet sahələrdəndir.

 

Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər