Ru
17:13 / 22 Fevral 2018

MTN-nin xanım generalı həbs olunacaq - Rütbələri alınır/ YENİLƏNİB

3547
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.


BakuPost-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

O, Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər şəxslərin - general Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

16:27 ***
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.


O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.


Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.


Həmçinin o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı qanunauyğun olaraq qərar çıxarılmasını tələb edib.

 


Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən general Natavan Mirvətovanın məhkəmə zalında həbs edilməsini, onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Növbəti proses martın 1-nə təyin edilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslərdən digərləri barəsində həbs qətimkan tədbiri seçilsə də, N.Mirvətova barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
MTN-nin xanım generalı həbs olunacaq -  Rütbələri alınır/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər