Ru
13:05 / 21 İyul 2018

Su sayğaclarını oğurlayan şəxs tutuldu

1990
Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub.


Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.


Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək tutulub.


Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər