Ru
17:01 / 29 Mart 2017

Stiven Kinq oğurluqda ittiham edilir - 500 milyonluq təzminat

1005

Amerikalı yazıçı Stiven Kinq "Qaranlıq qüllə"
silsilə romanı baş qəhrəmanının yaradılması üçün ideya oğurluğunda ittiham
edilir.

BakiPost.az xarici KİV-ə istinadən xəbər
verir ki, adı gizli
saxlanılan "The Rook” komiksinin yaradıcısı yazıçıya qarşı iddia qaldıraraq onu
plagiatda günahlandırıb və 500 milyon dollar təzminat tələb edib. O
bildirib ki, "Qaranlıq qüllə" romanın baş qəhrəmanı Ronald Diskeyn
"The Rook” komiksinin baş qəhrəmanı Restin Deyn obrazının əsasında yaradılıb.
Ad və soyadla yanaşı, bir çox digər təəccüb doğuran oxşarlıqların olduğunu deyən
şikayətçi qeyd edib ki, hər iki obraz zamanla səyahət edir, bədheybətlərlə
döyüşür və kvazi-ölməz romantik macəranın qəhrəmanlarıdır.

"The Rook” komiksinin
yaradıcısı vurğulayıb ki, qəhrəmanların geyimləri, hadisələrin baş verdiyi qüllə
də tam oxşardır. Onun sözlərinə görə, Restin Deyn obrazını 1977-1983-ci illərdə
5 milyon nüsxəyə yaxın komiks jurnalda görmək mümkündür, "Qaranlıq qüllə"
silsilə romanının ilk kitabı isə 1982-ci ildə çap olunub. Həmçinin Stiven Kinq
"The Rook” komikslərini oxuduğunu etiraf edib.

Maraqlıdır ki, iddia
Stiven Kinqin "Qaranlıq Qüllə” silsilə romanı əsasında çəkilmiş eyni adlı
filminin ilk tizeri çıxdığı vaxtla paralel qaldırılıb.


Bakı Post

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər