Ru
12:52 / 28 Fevral 2017

“Statistika dairəsi” ləğv olunur - Rəsmi açıqlama

8892


Bakıda Dövlət Statistika Komitəsinin qarşısında yerləşən "Statistika dairəsi” ləğv olunur.


Bu barədə BakiPost.az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, dairənin ləğv olunmasına səbəb həmin ərazidə geniş park salınmasıdır: "Dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada Mikayıl Müşfiq adına 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq. Bu səbəbdən Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq. İnşaatçılar prospektindən gələn avtomobillər artıq birbaşa dairə olan istiqamətdə daxil ola bilməyəcəklər. Onlar Nərimanov prospektinə yönləndiriləcək. Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə geridönmə yaradılacaq. O yol da genişləndiriləcək. Paralel yol yaradılacaq. Nərimanov prospekti Nərimanov heykəlinə doğru bir istiqamətli olacaq.


Əks istiqamət üzrə də Abdulla Şaiq küçəsi yenidən qurulur. Əks istiqamətdə avtomobillər o yolla hərəkət edəcək. Abdulla Şaiq küçəsiylə Nərimanov prospekti Nərimanov heykəlinin qarşısında və Statistika dairəsinin yanında birləşdiriləcək”.


Nigar

Bakı Post 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər