Ru
14:39 / 27 İyul 2017

“Space”də xanım işçilər arasında saçyoldu - Hər ikisi qovuldu

4691
Bu gün "Space TV"də də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olub.


Bizimyol.info-nun xəbərinə görə, xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşanıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.


Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanalın rəhbəri Vaqif Mustafayevin otağına çağrılıb. Hər iki işçi kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

 

Telekanalın xəbərlər xidmətinin baş redaktoru Afət Telmanqızı olayla bağlı ətraflı danışmaq istəməsə də, məlumatı təsdiq edib.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər