Ru
18:01 / 08 Dekabr 2016

“Soyuq əllər, isti ürək”dən - FOTOREPORTAJ

23413

Artıq bir neçə gündür ki, Bakının Fəvvarələr
meydanında "Nargis Fund”un rəhbərliyi ilə növbəti, dördüncü "Soyuq Əllər, İsti
Ürək” xeyriyyə yarmarkası keçirilir.


BakiPost.az xəbər verir ki, dekabrın 3-də açılan
yarmarka yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait
xeyriyyə məqsədləri üçün istifadə olunacaq. Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri
olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi
suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr
gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik
taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri,
suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan
uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları
deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar
çıxarılıb.


Yarmarkadan fotoreportajı təqdim edirik:

 

Şərhlər
  • Əli Abbaszade

    Çox yaxşı yerdi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər