Krediti və mənzili olanlar sosial ev ala biləcək? - Mühüm suallara CAVAB

Sosial ev almaq üçün qeydiyyatın başlamasına artıq 10 gün vaxt qalıb.

BakiPost.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov sosial ev almaq istəyənləri ən çox maraqlandıran bir sıra sualları cavablandırıb.
 
- Hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?

- Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər.

- Kredit borcu olanlar sosial mənzil ala bilərlərmi?

- Kreditin olması sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu mümkündür.

- Müraciətlər neçə mərhələli olacaq?

- Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkündürmü?

- Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.

Sevinc Yasinqızı
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər