SOCAR-ın vitse-prezidenti istintaqa cəlb olunub? - Rəsmi açıqlama

SOCAR kütləvi informasi vasitələrində qurumun kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


SOCAR-ın mətbuat xidmətindən BakiPost.az-a bildirilib ki, bu məlumat tamamilə əsassızdır: "SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib”.

 

Qeyd edək ki, yayılan məlumatlarda Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədovun Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşləri Üzrə İstintaq İdarəsindən aparılan "Gülən İşi” üzrə istintaqa cəlb olunuduğu bildirilir.


Məlumatda qeyd olunur ki, SOCAR rəhbərliyində çalışan bir qrup şəxsin cəlb olunduğu istintaqda bir neçə dəfə dindirmələr olub və vitse-prezident öz vəkiliylə bu prosesdə iştirak edib. Xalik Məmmədova verilən əsas suallardan biri isə Fətullah Gülənə məxsus ali məktəbləri bitirən və onun şəbəkəsinə daxil olan şəxlərin SOCAR-da necə işə alınması ilə bağlı olub.


İddiaya görə, "Gülən İşi”nə görə Azərbaycanda açılan 162006055 nömrəli cinayət işində Xalik Məmmədovla yanaşı, başqa qurumları təmsil edən şəxslərin adı keçir. 


Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

23 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər