Ru
23:04 / 24 Fevral 2018

“Sizin “işinizin” üstünü açmaq üçün Ukraynaya qayıtmağa hazıram” - Saakaşvili

2768
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni bəyanatla çıxış edib.

 

BakuPost xəbər verir ki,  bununla bağlı o, feysbukdakı səhifəsində yazıb. O bildiirb ki, istintaq hərəkətlərinin aparılması üçün Ukraynaya qayıtmağa hazırdır.


"Mən bütün istintaq hərəkətlərini keçmək üçün Ukraynaya qayıtmağa hazıram ki, sizin "işinizin” üstünü açım”, - deyə, eks-prezident qeyd edib.


Qeyd edək ki, daha öncə Ukrayna Baş Prokurorluğu Niderland hüquq-mühafizə orqanlarına beynəlxalq hüquqi tapşırıqla müraciət etmişdi ki, Saakaşvilinin səs nümunələri götürülsün.


Xatırladaq ki, fevralın 12-də Saakaşvili Kiyevdə restoranlardan birində saxlanılıb və Polşaya deportasiya edilib. Buradan o, Niderlanda köçüb. Saakaşvilinin Ukraynaya girişi 2021-ci ilə qədər qadağan olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər