Siyəzəndə yanğın başladı

548
Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın başlayıb.
 
BakuPost AzərTac-a istinadənxəbər verir ki, dənizkənarı ərazidə kol-kos və quru otun yanması ilə başlayan yanğın hazırda geniş sahəyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN-nin Siyəzən, Xaçmaz, Şabran, Xızı rayon və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvələri əraziyə cəlb olunub.
Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov bildirib ki, yanğın yaşayış evlərindən uzaqdadır. Buna görə sakinlər üçün heç bir təhlükə yoxdur.

"Hazırda yanğınsöndürənlər alovun söndürülməsi üçün çalışırlar. Havanın küləkli olması işi çətinləşdirir. Kənd üçün heç bir təhlükə yoxdur”, - deyə V.Şahbazov bildirib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər