Şirvanda piyadanı vuran avtomobil yoldan çıxaraq gölə düşüb

1613
Şirvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ağır kəllə-beyin travması alıb, avtomobildə olan sərnişin isə xəsarət alıb.

BakuPost-un APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhərinin qərb girişində qeydə alınıb. Şirvan sakini, 1993-cü il təvəllüdlü Elvin İsgəndərovun idarə etdiyi "Mercedes” markalı, 10 RU 830 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Şirvan sakini, 1962-ci il təvəllüdlü Alxanov Fikrət Əflan oğlunu vurub. Bundan sonra avtomobil yoldan çıxararaq gölə düşüb.

Piyada və avtomobildə olan sərnişin, sürücünün qardaşı-1989-cu il təvəllüdlü Sakit İsgəndərov xəsarət alaraq Şirvan Mərkəzi şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər