Ru
16:52 / 15 İyul 2018

Şirvanda iki minik avtomobili toqquşdu, yaralanan var - FOTOLAR

4132
Şirvanda baş verən qəza zamanı sərnişin xəsarət alıb.


BakuPost-un APA-ya istinadən məlumatına görə, hadisə günorta saatlarında Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.


Sürətlə hərəkətdə olan "BMW” markalı "10 RP 735" dövlət nömrə nişanlı avtomobillə "Opel” markalı "24 BF 081" dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb. Yaşıllıq zolağına çırpılan avtomobillər 4 ədəd çoxillik şam ağacını kökündən çıxarıb. Şəhərin yaşıllıq təsərrüfatına ciddi ziyan dəyib. Dəyən ziyan hesablanır.


Qəza zamanı "Opel” markalı avtomobildə olan sərnişin Hacıqabul sakini, 1965-ci il təvəllüdlü Həsənov İlham Musarza oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Şirvanda iki minik avtomobili toqquşdu, yaralanan var -  FOTOLAR
Şirvanda iki minik avtomobili toqquşdu, yaralanan var -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər