Ru
13:58 / 20 Yanvar 2017

Sirkə turşusu içərək intihara cəhd etdi

6705
Bu gün səhər saatlarında Salyan rayonunun Yeni Uluxanlı kəndində intihara cəhd hadisəsi baş verib.


Virtualaz.org-un məlumatına görə, 1988-ci ildə anadan olmuş kənd sakini Quliyev Mahir Ağəddin oğlu qayınatasının evində sirkə turşusu içərək intihara cəhd edib.


Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Mahir Quliyevə tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.


Hələlik intiharın hansı səbəbdən baş verməsi məlum deyil.


Faktla bağlı araşdırmalara başlanılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər