“Siqaret qaçaqmalçılığı artıb” - Nağdsız istehlaka keçidin yaratdığı problemlər

"Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır”. 
 
Bunu BakıPost.az-a iqtisadçı Vüqar Bayramov deyib. 


 
Onun sözlərinə görə, problemi həll etmək üçün nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var: "Yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdansatışın nağdsızlaşdırılması vacibdir. Bu dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırıır.
Əvvəla, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var. Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxtı verilə bilər ki, bu müddətdə də xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşarlar.

Daha sonra nağdsız hesablaşmalar ilə bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var. Nəinki ucqar rayonlarımızda, hətta paytaxta yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədə uyğundur. Dövriyyənin əhəmiyyətli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq bu vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir”. 

Vüqar Bayramov bildirib ki, hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var: "Dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmalıdır. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır”.

Sevinc Yasinqızı
Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər