Ru
12:30 / 23 Sentyabr 2017

Şimşək çaxacaq, yağış yağacaq

824
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.


Abşeron yarımadasında gecə 18-22° isti, gündüz 27-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-40 % olacaq.


Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.


Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər