Ru
10:53 / 21 Aprel 2017

Siçovulların savaşı - Öz-özümüzü yeyəcəyik

1295

İdris Heydərli


Hərəkətsizlik böyük bir zibillik deməkdir;

Fəsillər dəyişdikcə zibilliklərə də hərəkət gələr, üfunət başlar.

İy çıxmasın deyə, üstünü basdırmağa məcbur edər.


Qidanı, paranı, davranışları inhisara salmaq asandır...

Fikrin qapısını isə bağlamaq mümkünsüzdür.


Zibillik və məzarlıq mahiyyətcə eyni anlayışlardır;

İnsana xidmət edəcək vasitələrin tullantısına zibillik, insanın özünün nəşini saxlayacaq yerlərə məzarlıq demişik.

İnsan fikir istehsal etmədikcə özü bir vasitəyə döndüyündən "saxtalaşır" və zibil kimi bir tullantıya dönür.

Azərbaycan ölü fikirlər məzarlığına döndükcə zibilliyə çevrilir. Ən qorxulu təzahür də bu zibilliyin üfunətindən başlanacaq dözümsüzlükdür.

Görüntülənən dünyamıza fikir verdikcə, fikrimizə niyə fikir vermədik?

Faciələrimizin qaynağı da bu oldu.


İdeoloji fikirbazlar mənfəətlərinin yanında olduğundan bizi də, özlərini də zibilliyin məhsuluna çevirdilər. Övladlarını və övladlarımızı zibilə dönəcək məhsulların aşiqi etdilər. Ətrafımızı zibillikdən xilas etdiyimizi düşünərkən içimizin zibilliyində intihar etdik.

Bu gün Azərbaycanda hər kəsin içi məzarıdır.

Bu canlı məzarların hər biri bir zibilə düşüb.


"Yel qayadan nə aparar", "su daşdan nə alar" məntiqini unudun, Yel də, Su da istədiyini alır, aparır...

Ona görə ki, hərəkətdədir.

Hərəkətə fikir verin ki, zaman sizin tarixə dəyər qoya bilsin.

Fikrə can verin, canını almayın

Fikir verin,

Ki, fikir oyansın,.

Zibillikdə canlı olan, hərəkət edən siçovullardır...


Yoxsa üfunətdən siçovullar kimi, zibillik bitəndən sonra öz-özümüzü yeyəcəyik.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər