Seyfullah Türksoya fəxri doktor adı verildi - FOTOLAR

581
Türk dünyasının tanınmış isimlərdən olan Seyfullah Türksoya Bakı Avrasiya Universitetinin fəxri doktoru adı verilib.
 
BakuPost xəbər verir ki, bu münasibətlə təşkil edilən, tədbirdə üniversitet rəhbərliyi ilə yanaşı,Qafqaz Universitetlər Birliyinin rəhbəri prof.dr.Ramazan Korkmaz, millət vəkili Hikmət Babayev,TUİB-in rəhbəri Hüseyn Böyükfırat, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, eyni zamanda Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, QHT rəhbərləri və media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan  universitetin xarici əlaqələr üzrə prorektoru t.ü.f.d. Səyavuş Qasımov - Türk Dünyası ilə ürək körpüləri yaradan, Kanal 7, Ülker TV, Bengüturk TV, Kanal24 kanallarında "Türksoyun İpək Yolu” filminin istehsalçısı, xüsusilə də Türk Dünyası haqqında ən önəmli projelərə imza atmış Seyfullah Türksoyun Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün gördüyü işlər və ümumiyyətlə, fəaliyyəti barədə geniş məlumat verdi. O çıxışında qeyd etdi ki, bu gün türkdilli dövlətləri  dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirir. Ən yüksək zirvədə duran Türkiyə-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu münasibətlərə gözəl nümunədir. Bu münasibətləri birgə tarixi köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ənənələrimiz kimi çox mühüm amillər şərtləndirir.

Daha sonra Qafqaz Universitetlər Birliyinin rəhbəri prof.dr Ramazan Korkmaz Seyfullah Türksoyun fəaliyyətinə böyük dəyər verən Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi. Professor qeyd etdi ki, sovetlər birliyi dönəmində türk sözünü dilə gətirməyin suç olduğu bir zamanda Seyfullah Türksoyun Azərbaycan və Türkiyə üçün gördüyü işlərin qiyməti ölçüyəgəlməzdir. 

Tədbirin ikinci hissəsində Bakı Avrasiya Universitetinin  rektoru, professor Nazim Hüseynli  Seyfullah Türksoya  fəxri doktor diplomunu və medalını təqdim edib. Təqdimatdan sonra qonaqları qəbul edən rektor Türk Dünyasının önəmli isimləri sırasında Seyfullah Türksoyu görməsindən məmnunluğunu ifadə edib. Daha sonra professor - sülhün, birliyin, qardaşlığın, bərabərliyin və sevginin olduğu Türk  Dünyası Birlyinin qurulması bütün türk aydınlarının üzərinə düşən bir vəzifə olduğunu  və bu istiqamətdə də yorulmadan böyük işlər görən bizim Seyfullah Türksoya cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzılayıb.

Görüşdə xatirə şəkilləri çəkilib.











ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər