Ru
23:30 / 04 İyun 2018

Sevil Əliyeva oğlu ilə birlikdə - YENİ FOTO

16887
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev sosial şəbəkədə yeni fotosunu paylaşıb.


BakuPost xəbər verir ki, Azər Əliyev fotoda anası, Azərbaycan Assosiasiyasının fəxri prezidenti Sevil Əliyeva ilə birlikdədir.


Foto Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.


Qeyd edək ki, 32 yaşlı Azər Əliyev 2016-cı ildən Azərbaycan Ağır Atletika Feferasiyasının vitse-prezidentidir.


Azər Əliyev həm də peşəkar idmançıdır. O, qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.

2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.


23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.


2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər