Səsvermə başa çatdı

1041
Rusiyada keçirilən prezident seçkilərində səsvermələr başa çatıb.

BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, seçki məntəqələrində yerli vaxtla səsvermələr 20:00-da yekunlaşıb. 19:00-dək seçici fəallığı 59,9 faiz olub.
 
Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər