Ru
00:00 / 25 İyun 2018

Səs hesablamasında son - Ərdoğan səslərin 52 faizini yığıb/ YENİLƏNİB

4013
Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində səslərin 96,19 faizi hesablanıb.


BakuPost xəbər verir ki, hazırki prezident Rəcəb Tayyib Ərdoğan 52,60 faiz səslə liderdir.


Digər namizədlərin səs göstəriciləri isə aşağıdakı kimidir:


Məhərrəm İncə - 30,70 faiz

Səlahəddin Dəmirdaş – 8 faiz

Meral Akşenər – 7,40 faiz

Temel Karamollaoğu – 0,80

Doğu Perinçek – 0,20
***
Son rəqəmlərə görə, Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində prezident Rəcəb Tayyib Ərdoğan 53 faiz səs toplayıb.

BakuPost Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) istinadən xəbər verir ki, hazırda səslərin 92,29 faizi hesablanıb. 


Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 30,50% səs, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirdaş - 7,80%, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7,40%, "Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,90% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıblar.

 


***



Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərində hesablanan səslərin daha bir qismi açıqlanıb.


BakuPost xəbər verir ki, son rəqəmlərə görə, səslərin 80,64 faizi sayılıb. Sayılan səslərin 54,20 faizini hazırki prezident Rəcəb Tayyib Ərdoğan, 29,90 faizini CHP-nin namizədi Məhərrəm İncə, 7,40 faizini Meral Akşener, 7,20 faizini Səhaləddin Dəmirdaş yığıb.

*** Türkiyədə keçirilən prezident seçkilərində səslərin 68,19 faizi hesablanıb.


BakuPost xəbər verir ki, ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan 55,20 faiz səslə səsvermədəki liderliyi hələ də əldən verməyib. Səslərin 29,30 faizini CHP-nin namizədi Məhərrəm İncə yığıb. 

 

***
Türkiyədə keçirilən növbədənkənar prezident seçkilərindən sonra səslərin 46,63 faizi hesablanıb.


BakuPost xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticələrə görə, səsverməyə hazırki prezident Rəcəb Tayyib Ərdoğan liderlik edir. O, səslərin 56,70 faizini yığıb. Onun CHP-dən olan rəqibi səslərin 28,40 faizinə yiyələnib. 


Meral Akşener səslərin 7,40 faizini, Səlahhəddin Dəmirdaş 6,30 faizini, Temel Karamollaoğlu 0,90, Doğu Perinçek isə cəmi 0,10 faizini yığıb.

Səs hesablamasında son -  Ərdoğan səslərin 52 faizini yığıb/ YENİLƏNİB
Səs hesablamasında son -  Ərdoğan səslərin 52 faizini yığıb/ YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər